Oynaqdaxili inyeksiya nədir?
Oynaqdaxili inyeksiya dərmanın birbaşa problemli oynağa yeridilməsidir. Məqsəd ağrının və iltihabın azalması, hərəkət rahatlığının bərpasıdır.
Hansı növləri var?
- Hialuron turşusu (viskosupplementasiya) — oynaq mayesinin sürtkü və amortizasiya funksiyasını dəstəkləyir.
- Steroid — kəskin iltihabi vəziyyətlərdə iltihabın azaldılması üçün.
- PRP (trombositlə zəngin plazma) — xəstənin öz qanından hazırlanır.
- Ekzosom — müasir regenerativ yanaşmalardan biri.
- Proloterapiya — vətər problemlərində bəzi hallarda tətbiq olunur.
İnyeksiya necə aparılır?
Müdaxilələr ultrasəs müşayiəti ilə həyata keçirilir: ultrasəs iynənin oynaq boşluğuna dəqiq yerləşdirilməsini görməyə imkan verir. Eyni üsulla oynaqda toplanmış artıq maye (effüzyon) boşaldıla bilər.
Kimlərə tətbiq olunur?
Diz və çiyin oynağı ağrıları, oynaq qığırdağının aşınması (artroz), Baker kisti və oynaqda maye toplanması olan — əməliyyatlıq səviyyədə olmayan — xəstələrə. Ətraflı: Diz ağrıları, Çiyin ağrıları.