Uzm. Dr. Ağalar CavadovFiziki müalicə və reabilitasiya

Həkim haqqında

Uzm. Dr. Ağalar Cavadov haqqında

Fiziki müalicə və reabilitasiya üzrə uzman həkim. Bakıda Baku Medical Plaza Babək filialının Fizioterapiya və Reabilitasiya şöbəsinə rəhbərlik edir, İstanbul Atlas Universiteti Xəstəxanasında Doktor Öğretim Üyesi vəzifəsində çalışır.

Fəaliyyət istiqaməti

Uzm. Dr. Ağalar Cavadovun fəaliyyət istiqaməti sümük, əzələ, oynaq və sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və reabilitasiyasıdır. Xüsusi maraq sahələri manual terapiya, nöral terapiya, ultrasəs müşayiəti ilə oynaqdaxili müdaxilələr, nevroloji və ortopedik reabilitasiyadır.

Yanaşma

Biz yalnız simptomları — ağrını — kəsmirik; ağrını yaradan səbəbi tapıb onu müalicə edirik.

Müalicə planı hər xəstə üçün ayrıca qurulur. Eyni simptom müxtəlif insanlarda fərqli səbəbdən yarana bilər, ona görə də fizioterapiya prosedurları xəstənin klinik vəziyyətinə uyğun seçilir, əks göstərişlər nəzərə alınır və müalicə prosesi mütəmadi izlənilərək ehtiyac olduqda proqram yenilənir.

Təhsil və təcrübə

Peşəkar yol

  1. 2010

    Azərbaycan Tibb Universiteti

    Həkimlik təhsili (MD) — məzuniyyət

  2. 2010–2013

    Neftçala Şəhər Mərkəzi Xəstəxanası

    Neftçala, Azərbaycan

  3. 2013–2017

    İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi

    Fiziki Tibb və Reabilitasiya Anabilim Dalında ixtisaslaşma (rezidentura)

  4. 2018–2019

    Yeni Huzur Tıp Merkezi

  5. 2019-cu ildən

    İstanbul Atlas Universiteti Xəstəxanası

    Fiziki Tibb və Reabilitasiya — Doktor Öğretim Üyesi

  6. Hazırda

    Baku Medical Plaza, Babək filialı

    Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri

İxtisas tezisindən beynəlxalq nəşrəPain Physician · 2021

Manual terapiyanın sakroiliak oynaq disfunksiyası sindromunda effektivliyi

İxtisas tezisi sakroiliak oynaq disfunksiyası sindromunda manual terapiya ilə sakroiliak və lumbal məşqlərin effektivliyinin müqayisəsinə həsr olunub. Tezis əsasında hazırlanan randomizə kontrollu araşdırma beynəlxalq Pain Physician jurnalında dərc olunub.

Javadov A, Ketenci A, Aksoy C. Pain Physician. 2021;24(3):223–233.

Elmi fəaliyyət

Üzvlüklər

Peşəkar dərnəklər

Uzm. Dr. Ağalar Cavadov Türkiyənin aşağıdakı tibb dərnəklərinin üzvüdür.

  • Türk Tabipleri BirliğiTürkiyə Həkimlər Birliyi
  • Türkiye Fiziksel Tıp ve Rehabilitasyon DerneğiTürkiyə Fiziki Tibb və Reabilitasiya Dərnəyi
  • Türkiye Manuel Tıp DerneğiTürkiyə Manual Tibb Dərnəyi
  • Bilimsel Tamamlayıcı Tıp ve Regülasyon DerneğiElmi Tamamlayıcı Tibb və Requlyasiya Dərnəyi
  • Bilimsel Nöral Tedavi DerneğiElmi Nöral Terapiya Dərnəyi
  • Mezoterapi Derneği (Mezoder)Mezoterapiya Dərnəyi
  • AuriderAuriküloterapiya və Fransız qulaq akupunkturu dərnəyi
  • GAPS Sağlık DerneğiGAPS Sağlamlıq Dərnəyi

Qəbul

Şikayətlərinizi birlikdə qiymətləndirək

Müayinə zamanı şikayətləriniz, mövcud xəstəlikləriniz və keçirdiyiniz əməliyyatlar ətraflı qiymətləndirilir, müalicə planı buna uyğun fərdi qurulur.

Qəbula yazılın
  • Həftəiçi 10:00–17:00 · Şənbə 10:00–14:00
  • +994 70 282 80 55
  • Baku Medical Plaza, Babək prospekti 92N