Uzm. Dr. Ağalar CavadovFiziki müalicə və reabilitasiya

Xidmətlər

Osteoporoz (sümük əriməsi)

Sümük daxildən zəiflədikdə adi təzyiq və ya yüngül yıxılma belə ciddi sınıqlara səbəb ola bilər.

Uzm. Dr. Ağalar CavadovSon yenilənmə:

Osteoporoz nədir?

Osteoporoz sümük kütləsinin azalması və sümük toxumasının mikromemarlığının pozulması ilə xarakterizə olunan sistemli xəstəlikdir. Sümük daxildən zəiflədikdə adi bir təzyiq və ya yüngül yıxılma belə ciddi sınıqlara — xüsusilə bud sümüyü, onurğa və bilək nahiyəsində — səbəb ola bilər.

Risk faktorları hansılardır?

  • Yaş və cinsiyyət — xüsusilə menopozdan sonra qadınlarda estrogen səviyyəsinin düşməsi sümük itkisini sürətləndirir.
  • Hərəkətsizlik — daimi fiziki aktivliyin olmaması sümükləri zəiflədir.
  • Vitamin çatışmazlığı — kalsium və D vitamini çatışmazlığı sümüyün yenilənmə prosesini ləngidir.
  • Genetik faktorlar — ailədə sümük sınıqları və ya osteoporoz tarixçəsi.
  • Zərərli vərdişlər — siqaret və alkoqol sümük hüceyrələrinin qidalanmasını pozur.

Necə müalicə olunur?

Müalicə həkim fizioterapevtin və ya endokrinoloqun göstərişi ilə dərman və qida əlavələri, həmçinin həkim fizioterapevtin təyin etdiyi, sümük-dayaq sistemini qoruyan xüsusi idman hərəkətləri ilə aparılır.

Uzm. Dr. Ağalar Cavadov İstanbul Atlas Universiteti Tibb Fakültəsində tələbələrə osteoporoz və osteomalyasiya mövzularında mühazirələr oxuyub. Elmi fəaliyyət