Manual terapiya nədir?
Manual terapiya heç bir cihaz və ya dərman istifadə etmədən, yalnız manual terapiya təhsili almış mütəxəssisin əlləri ilə icra edilən müalicə metodudur. Bu üsul yalnız ağrını yatırtmır — birbaşa ağrının kökünə, yəni əzələ, sümük və oynaq sistemindəki disbalansa təsir edir.
Manipulyasiya ilə mobilizasiya arasında fərq nədir?
Manipulyasiya oynağın ani hərəkətlə açılması üsuludur və yalnız bu təhsili almış həkim tərəfindən icra oluna bilər. Mobilizasiya və əzələ gərmə texnikaları isə həmçinin fizioterapist tərəfindən tətbiq edilə bilər.
Manual terapiyanın faydaları nələrdir?
- Sürətli ağrıkəsici təsir — boyun, kürək, bel, çiyin, diz və digər oynaq ağrılarını qısa müddətdə azaldır.
- Hərəkətliliyin bərpası — oynaqlardakı hərəkət məhdudiyyətlərini aradan qaldıraraq bədənin elastikliyini artırır.
- Qan dövranının yaxşılaşması — toxumaların qidalanması yaxşılaşır, bərpa prosesi sürətlənir.
- Duruşun düzəlişi — onurğa sistemindəki gərginliklərin və əyriliklərin qarşısını almağa kömək edir.
Manual terapiya hansı hallarda tətbiq olunur?
Bel və boyun ağrıları, sakroiliak oynaq disfunksiyası, faset oynağı sindromu, miyofasial ağrı sindromu, oynaqlarda hərəkət məhdudiyyəti, duruş pozğunluqları və əzələ gərginliyi. Ətraflı: Bel ağrısı və disk yırtığı, Boyun ağrısı, Fibromialgiya və miyofasial ağrı.